Azərbaycanın 2 gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın 2 gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib Azərbaycanın idman gimnastı Mənsum Səfərov Milli Gimnastika Arenasında keçirilən Dünya Kubokunda mübarizəyə başlayıb.
Fərdi
31 Mart , 2022 16:48
Azərbaycanın 2 gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastları İvan Tixonov və Nikita Simonov Bakıda keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

"Report"un məlumatına görə, Tixonov təsnifatda paralel qollarda hərəkətlərə görə 13.933 xal toplayaraq 8-ci olub. Simonov isə halqa ilə hərəkətlərdə hakimlərdən 14.266 xal alıb və 6-cı yeri tutub.

Hər iki idmançı təsnifat mərhələsini ilk "səkkizlik"lə başa vurduğu üçün finala yüksəlib.

Qadınların mübarizəsində isə Samirə Qəhrəmanova dayaqla tullanmada 12.166 xalla 17-ci, Milana Minakovskaya isə müxtəlif hündürlüklü qollarda hərəkətlərdə 10.366 xalla 23-cü olub.

15:18

Azərbaycanın idman gimnastikası üzrə yığması Bakıda keçirilən Dünya Kubokunda mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, Milli Gimnastika Arenasındakı yarışda ilk olaraq İvan Tixonov qüvvəsini sınayıb.

Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı paralel qollarda hərəkətlərə görə 13.933 xal toplayıb və hazırda 5-ci sırada qərarlaşıb.

Sərbəst hərəkətlərdə çıxış edən Mənsum Səfərov hakimlərdən 11.200 xal alıb. O, üçlü hərəkətlər zamanı yerə düşərkən səhvə yol verib və ayağı büdrəyib. Səfərov 23-cü pillədə yer alıb.

Azərbaycanın digər təmsilçisi Nikita Simonov halqa ilə hərəkətlərdə 14.266 xala layiq görülüb və hələlik 6-cı pillədə gedir.

Qadınların mübarizəsində isə Samirə Qəhrəmanova dayaqla tullanmada 12.166 xalla 17-ci, Milana Minakovskaya isə müxtəlif hündürlüklü qollarda hərəkətlərdə 10.366 xalla 23-cü sırada yer alıb.

Qeyd edək ki, yarışda həmçinin Ağamurad Qəhrəmanov (sərbəst hərəkətlər, dayaqla tullanma, turnik), İvan Tixonov (dəstəli at, dayaqlı tullanma, paralel qollar, turnik), Cavidan Babayev, Nikita Simovov (hər ikisi halqa), Samirə Qəhrəmanova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər), Milana Minakovskaya (müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi