Yuxarı

​Azərbaycan cüdoçusu Hərbçilərin VI Dünya İdman Oyunlarında bürünc medal qazanıb

Elmar Qasımov fəxri kürsünün 3-cü pilləsinə sahib çıxıb

Bakı. 6 ooktyabr. REPORT.AZ/ Cənubi Koreyanın Mungyeong şəhərində keçirilən Hərbçilərin VI Dünya İdman Oyunlarında Azərbaycan komandası daha bir medal qazanıb. "Report"un məlumatına görə, 100 kq çəkidə mübarizə aparan cüdoçu Elmar Qasımov bürünc medala sahib olub.

Uruqvaylı və rusiyalı rəqiblərini məğlub etdikdən sonra 1/4 finala yüksələn E.Qasımovun qarşısını monqolustanlı Ambaselmaa Bayarsayxan kəsib. O, təsəlliverici görüşlərdə ardıcıl olaraq Antonio Pena (Venesuela), Jozef Terheç (Fransa) və braziliyalı Riberio Korrea Lusianonu məğlub edərək fəxri kürsünün 3-cü pilləsinə sahib çıxıb.

Qeyd edək ki, bu, Azərbaycanın Hərbçilərin VI Dünya İdman Oyunlarında 6-cı medalı olub. Daha öncə cüdoçular 1 gümüş və 3 bürünc, güləşçilər isə 1 bürünc medal qazanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi