​Azərbaycan cüdoçuları Peru və Argentinada yarışacaqlar

​Azərbaycan cüdoçuları Peru və Argentinada yarışacaqlar Yarışda Azərbaycanın 7 cüdoçusu iştirak edəcək
Fərdi
1 Mart , 2016 21:57
​Azərbaycan cüdoçuları Peru və Argentinada yarışacaqlar

Bakı. 1 mart. REPORT.AZ/ Martın 5-də Perunun paytaxtı Limada cüdo üzrə Panamerikanın açıq çempionatı start götürəcək. Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, iki gün davam edəcək yarışda milli komanda 7 idmançı ilə təmsil olunacaq.

56 ölkədən 279 (166 kişi, 113 qadın) cüdoçunun qatılacağı yarışda Azərbaycanı Vüqar Şirinli, Elbrus Zamanov (hər ikisi 60 kq), Əbdülhəqq Rəsullu, Hüseyn Rəhimli (hər ikisi 81 kq), Tural Səfquliyev, Şahin Qəhrəmanov (hər ikisi 90 kq) və Aişə Qurbanlı (48 kq) təmsil edəcək.

Peruda çıxışını başa vurduqdan sonra yığma komanda eyni heyətlə Argentinaya yollanacaq. Cüdoçular bu ölkənin paytaxtı Buenos-Ayresdə növbəti Panamerikanın açıq çempionatında qüvvəsini sınayacaq. Bu yarışda isə 60 ölkədən 288 (172 kişi, 116 qadın) cüdoçu iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi