Azərbaycan cüdo yığması Avropa Kubokunda 4 medalla 3-cü yeri tutub

Azərbaycan cüdo yığması Avropa Kubokunda 4 medalla 3-cü yeri tutub Bu nəticə ilə Azərbaycan yığması ümumi komanda hesabında İsrail və Türkiyədən sonra üçüncü yeri tutub
Fərdi
27 Mart , 2022 18:18
Azərbaycan cüdo yığması Avropa Kubokunda 4 medalla 3-cü yeri tutub

Yunanıstanın paytaxtı Afinada gənc cüdoçular arasında keçirilən Avropa Kubokunda Azərbaycan milli komandası 4 medal qazanıb.

"Report"un məlumatına görə, qızıl medallara Məhərrəm İmamverdiyev (81 kq) və Kənan Nəsibov (+100 kq) yiyələnib. İmamverdiyev finalda ukraynalı Stanislav Korçemlyuku, Nəsibov isə həmyerlisi Hüseyn Məmmədovu məğlub edib.

Daha bir gümüş medala Ruslan Nəsirli (100 kq) sahib çıxıb. 

Digər cüdoçulardan Qasım Vəlizadə (66 kq), Vüqar Talıbov (90 kq), Könül Əliyeva (48 kq) və Nərmin Əmirli (78 kq) 5-ci, Sabir İsayev (100 kq) 7-ci yeri tutub. 

Bu nəticə ilə Azərbaycan yığması ümumi komanda hesabında İsrail (4 qızıl, 1 gümüş, 4 bürünc) və Türkiyədən (2 qızıl, 3 gümüş, 3 bürünc) sonra üçüncü yeri tutub. 

Avropa Kubokunda 27 ölkədən ümumilikdə 300 (188 oğlan, 112 qız) cüdoçu mübarizə aparıb. 

16:41

Yunanıstanın paytaxtı Afinada gənc cüdoçular arasında keçirilən Avropa Kubokunda Azərbaycan milli komandası ilk medalını qazanıb.

"Report"un məlumatına görə, 81 kq çəki dərəcəsində yer alan Məhərrəm İmamverdiyev qızıl medala yiyələnib. O, finalda ukraynalı Stanislav Korçemlyuku məğlub edib.

Bundan başqa Ruslan Nəsirli (100 kq), Kənan Nəsibov və Hüseyn Məmmədov (hər ikisi +100 kq) finala yüksəlib. Nəsibov və Məmmədov həlledici görüşdə bir-biri ilə üz-üzə gələcəklərindən, onlardan biri Azərbaycanın aktivinə növbəti qızıl medalı yazdıracaq. Vüqar Talıbov (90 kq) isə bürünc medal uğrunda mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi