Azərbaycan cüdoçuları Avropa çempionu olub

Azərbaycan cüdoçuları Avropa çempionu olub Sloveniyada gənc cüdoçuların Avropa birinciliyində komanda yarışları keçirilib
Fərdi
17 Sentyabr , 2017 20:45
Azərbaycan cüdoçuları Avropa çempionu olub

Bakı. 17 sentyabr. REPORT.AZ/ Sloveniyanın Maribor şəhərində gənc cüdoçuların Avropa birinciliyində komanda yarışları keçirilib.

"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, Azərbaycan milli komandası mötəbər yarışda bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.

Gənc cüdoçularımız Ukrayna, Finlandiya, İtaliya və Gürcüstan yığma komandalarını məğlub ediblər. Elçin İsmayılovun başçılıq etdiyi məşqçilər heyətinin üzvlərinə və cüdoçularımıza qitə birinciliyinin qızıl medalları təqdim olunub. 

Cüdoçularımızın şərəfinə Sloveniyada Azərbaycanın dövlət himni səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.

Son xəbərlər

Orphus sistemi