Azərbaycan boksçuları Bolqarıstanda təlim-məşq toplanışına başlayıblar
Fərdi
- 06 aprel, 2024
- 11:52
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Kişi boksçulardan ibarət Azərbaycan millisi növbəti təlim-məşq toplanışına start verib.
"Report"un Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, 10 gün davam edəcək hazırlıq Bolqarıstanın paytaxtı Sofiyada baş tutacaq.
Toplanışa baş məşqçi Pedro Roke, böyük məşqçi Nəriman Abdullayev və məşqçi Etibar Abdullayevin rəhbərliyi altında Məsud Yusifzadə (51 kq), Şamil Əsgərov (57 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Kamran Şahsuvarlı (75 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) qatılıblar.
Qeyd edək ki, toplanış Avropa çempionatı və Dünya Olimpiya Təsnifat turnirinə hazırlıq məqsədi daşıyır.
Son xəbərlər
16:41
"Access Bank" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə
16:33
Bağçalı: Azərbaycan və Türkiyənin qardaşlığına xələl gətirəcək hər cür hərəkətin qarşısı alınmalıdır
Xarici siyasət
16:32
Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəza sərtləşdirilib
Region
16:18
"DigiTravel" ilə aviabiletləri də indi alıb, sonra ödəyin!
Maliyyə
16:18
EHF Avropa Kuboku: "Kür"ün növbəti mərhələdəki rəqibi bəlli olub
Komanda
16:18
Foto
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Xarici siyasət
16:14
Foto
Rusiyadan gətirilmiş 10 min qutu bioloji aktiv qida məhsulu məhv edilib
Sağlamlıq
16:09
Zelenski Britaniyada səfərdədir
Digər ölkələr
16:09
"PAŞA Bank" səhmdarlarına daha 53,5 milyon manat dividend ödəyəcək
Maliyyə