Azərbaycan boks millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb

Azərbaycan boks millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb Yığma komanda Xarkova sabah yollanacaq
Fərdi
3 İyun , 2017 16:26
Azərbaycan boks millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb

Bakı. 3 iyun. REPORT.AZ/ Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının iyunun 16-da Ukraynanın Xarkov şəhərində start götürəcək Avropa çempionatı üçün heyəti müəyyənləşib. Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 9 gün davam edəcək yarışda ölkə bütün çəkilərdə təmsil olunacaq .

Baş məşqçi Leonid Loivskinin rəhbərlik etdiyi məşqçilər korpusu Məsud Yusifzadə (49 kq), Elvin Məmişzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Lorentso Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Eldar Quliyev (81 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidova (+91 kq) şans verəcək.  

Qeyd edək ki, Bakıdakı təlim-məşq toplanışını bu gün başa vuracaq yığma üzvləri hazırlığın son mərhələsini Xarkovda keçəcək. Boksçularımız Ukraynaya iyunun 4-də yollanacaqlar. 

Son xəbərlər

Orphus sistemi