Azərbaycan ağırlıqqaldıranının əsas rəqibi karyerasını bitirdi

Azərbaycan ağırlıqqaldıranının əsas rəqibi karyerasını bitirdi Latviya ağırlıqqaldıranı Rebeka Koxa peşəkar karyerasını başa vurub.
Fərdi
5 Avqust , 2020 16:06
Azərbaycan ağırlıqqaldıranının əsas rəqibi karyerasını bitirdi
Rebeka Koxa

Latviya ağırlıqqaldıranı Rebeka Koxa peşəkar karyerasını başa vurub.

"Report"un "Rus.delfi.lv" saytına istinadən məlumatına görə, bu yaxınlarda İslam dinini qəbul edən 22 yaşlı idmançı öz qərarını olimpiya yığmasının videokonfrans formatında keçirilən iclası zamanı açıqlayıb.

Koxanın qərarına hörmətlə yanaşdıqlarını bildirən yığmanın rəhbəri Eynar Foqelis deyib ki, sentyabrın 1-dək onun Latviya Olimpiya komandasından çıxması və maliyyələşdirilməsinin dayandırılması barədə yazılı məlumat alacaqlar.

Qeyd edək ki, Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostovanın əsas rəqiblərindən hesab olunan Koxa böyüklər arasında ikiqat Avropa çempionudur. O, Rio-2016 Yay Olimpiya Oyunlarında 53 kq çəki dərəcəsində 4-cü yeri tutub. Koxa həmçinin gələn ilə təxirə salınan Tokio-2020 Yay Olimpiya Oyunlarında 59 kq-da qızıl medala əsas namizədlərdən sayılırdı.

Son xəbərlər

Orphus sistemi