Aysu Devrişova: “Hədəfim Polşada qızıl medal qazanmaqdır”
Fərdi
- 25 iyun, 2023
- 16:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Hədəfim burada qızıl medal qazanmaqdır”.
“Report” xəbər verir ki, bunu Polşada təşkil olunan III Avropa Oyunlarında yarımfinala vəsiqə qazanaraq, minimum bürünc medalı təmin edən muay-tay üzrə Azərbaycan millisinin üzvü Aysu Devrişova jurnalistlərə açıqlamasında deyib.
57 kq çəki dərəcəsində 1/4 final mərhələsində xorvatiyalı Zelyana Pitesa üzərində qələbə qazanan 18 yaşlı idmançı çıxışından razılıq bildirib: “Görüş çox yaxşı keçdi. Bütün gücümü ortaya qoydum. Birinci raund yoxlanış xarakterli oldu, rəqibi yoxladım. Qələbə mənim üçün qürurvericidir. Məni dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, Aysu Devrişova yarımfinal görüşünə iyunun 26-da çıxacaq.
Son xəbərlər
11:46
Dövlət Komitəsi: ABŞ-də Azərbaycan bayrağının endirilməsi ilə bağlı yayılan məlumatlar həqiqətəuyğun deyil
Diaspor
11:46
Fərid Şəfiyev: Azərbaycan mövcud geosiyasi qütblərdən heç birinə qoşulmur
Daxili siyasət
11:45
Azərbaycan gələn il aqrar sektordan 13 milyon manat vergi yığmaq istəyir
ASK
11:43
Milli Məclis vergi və bir sıra digər qanunvericilik aktlarına dəyişiklikləri I oxunuşda qəbul edib
Maliyyə
11:42
Ceyhun Bayramov: Güman edək ki, ABŞ-Çin-Rusiya liderlərinin görüşü müharibələrin həllinə töhfə verəcək
Xarici siyasət
11:41
Deputat: "Fermerlərin mühasibat xərci ödəyəcəyi vergidən yüz dəfə çox ola bilər"
ASK
11:41
Vadeful: Azərbaycan və Ermənistan Vaşinqton sammitindən sülh üçün tarixi fürsət kimi istifadə ediblər
Digər
11:39
Azərbaycan keyfiyyətin idarə edilməsi üzrə yeni dövlət standartı qəbul edib
Biznes
11:37
Foto
"Rəqəmsal Media Ayı" çərçivəsində növbəti şəbəkələşmə görüşü keçirilib
Media