Aysu Devrişova: “Hədəfim Polşada qızıl medal qazanmaqdır”
Fərdi
- 25 iyun, 2023
- 16:57
“Hədəfim burada qızıl medal qazanmaqdır”.
“Report” xəbər verir ki, bunu Polşada təşkil olunan III Avropa Oyunlarında yarımfinala vəsiqə qazanaraq, minimum bürünc medalı təmin edən muay-tay üzrə Azərbaycan millisinin üzvü Aysu Devrişova jurnalistlərə açıqlamasında deyib.
57 kq çəki dərəcəsində 1/4 final mərhələsində xorvatiyalı Zelyana Pitesa üzərində qələbə qazanan 18 yaşlı idmançı çıxışından razılıq bildirib: “Görüş çox yaxşı keçdi. Bütün gücümü ortaya qoydum. Birinci raund yoxlanış xarakterli oldu, rəqibi yoxladım. Qələbə mənim üçün qürurvericidir. Məni dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, Aysu Devrişova yarımfinal görüşünə iyunun 26-da çıxacaq.
Son xəbərlər
03:13
KİV: Rusiyada "İsgəndər" raketinin istehsal edildiyi zavoda PUA hücumu olub
Digər ölkələr02:42
ABŞ Serbiyanın NIS şirkətinin lisenziyasının müddətini martın 20-nə kimi uzadıb
Digər ölkələr02:14
KİV: İsrailin hücumlarında "Hizbullah"ın azı 12 üzvü öldürülüb
Digər ölkələr01:45
Qızıl yenidən bahalaşır
Maliyyə01:27
Almaniyada təxminən 30 min iş yerinin ixtisarı gözlənilir
Digər ölkələr00:56
Pentaqon İranla gərginlik fonunda yüzlərlə hərbçini Qətər və Bəhreyndən çıxarıb
Digər ölkələr00:25
Zelenski: ABŞ və Rusiya müharibənin başa çatdırılması ilə bağlı eyni mövqedədir
Digər ölkələr23:59
KİV: Ukrayna Donbasla bağlı son təklifi rədd edib, danışıqlar dalana dirənib
Digər ölkələr23:44
Video