Avropa Velosipedçilər Birliyinə yeni prezident seçilib

Avropa Velosipedçilər Birliyinə yeni prezident seçilib Bakı. 12 mart. REPORT.AZ/ İsveçrəli Rokko Kattaneo Avropa Velosipedçilər Birliyinin (UEC) prezidenti seçilib.
Fərdi
12 Mart , 2018 10:38
Avropa Velosipedçilər Birliyinə yeni prezident seçilib

Bakı. 12 mart. REPORT.AZ/ İsveçrəli Rokko Kattaneo Avropa Velosipedçilər Birliyinin (UEC) prezidenti seçilib.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, Türkiyənin İstanbul şəhərində baş tutan Konqresdə UEC-ə üzv olan 50 milli federasiyadan 44-nün nümayəndələri iştirak ediblər. Seçkiyə Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) I vitse-prezidenti, UEC-n Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov və AVİF-in baş katibi Fərhad Əliyev də qatılıb.

R.Kattaneonun səlahiyyət müddəti 2021-ci ilə qədər nəzərdə tutulub. O, David Lappartyenin ötən ilin sentyabrından Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) rəhbəri seçilməsindən sonra UEC-in prezidenti vəzifəsini icra edirdi.

R.Kattaneonun təklifi ilə D.Lappartye UEC-in fəxri prezidenti təyin edilib. Qurumun növbəti Konqresi 9 – 10 mart 2019-cu ildə İtaliyanın paytaxtı Romada olacaq.

Son xəbərlər

Orphus sistemi