Azərbaycanın Avropa çempionu: Dünya çempionatına da ciddi hazırlaşacağıq

Azərbaycanın Avropa çempionu: Dünya çempionatına da ciddi hazırlaşacağıq "U-15-də ikinci yerə çıxmışdım, U-17-də çempion oldum".
Fərdi
1 İyul , 2024 22:50
Azərbaycanın Avropa çempionu: Dünya çempionatına da ciddi hazırlaşacağıq

Dünya çempionatına daha ciddi hazırlaşacağıq.

"Report" xəbər verir ki, bunu Serbiyanın Novi Sad şəhərində keçirilən U-17 Avropa çempionatında 65 kq çəki dərəcəsində qızıl medal qazanan Gəncə güləş məktəbinin yetirməsi İsa Yusibov bildirib.

"Məşqlərimizi Xaçmaz Olimpiya İdman Kompleksində keçdik. Əsgərxan Novruzovun rəhbərliyi altında bu yarışa çox yaxşı hazırlaşmışdıq. U-15 millisinin heyətində gümüş medal qazanmışdım. U-17 yığmamızla qızıl medal qazanmaq sevindirici oldu. Dünya çempionatına da ciddi hazırlaşacağıq", - idmançı qeyd edib.

İ.Yusibov finalda rusiyalı Yasin Bersanukayevlə gərgin keçən görüşündə sevimli fəndindən istifadə etdiyini deyib:

"Uduzduğumu hiss edirdim, bu səbəbdən öz fəndimdən istifadə etdim və bu məndə alındı. Nəticədə Avropa çempionu oldum".

Qeyd edək ki, yığmamız ikinci pillədəki Ermənistanı 36 xal qabaqlayaraq Avropa çempionu olub. Türkiyə (119) isə üçüncü yeri tutub.

Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Rövşən Hacıyevin rəhbərliyi altında Muhamməd İsmayılov (51 kq) və İsa Yusibov (65 kq) qızıl, Hüseyn İsmayılovla (60 kq) Muxamad Qantemirov (110 kq) gümüş, Hacıhüseyn Əhmədzadə (48 kq) və Hüseyn Hüseynov (55 kq) isə bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi