Baş nazirin I müavini: "Avropa çempionatını yüksək səviyyədə təşkil edəcəyik"

Baş nazirin I müavini: "Avropa çempionatını yüksək səviyyədə təşkil edəcəyik" "Azərbaycan artıq bütün dünyada idman ölkəsi kimi tanınır"
Fərdi
24 Noyabr , 2016 18:42
Baş nazirin I müavini: Avropa çempionatını yüksək səviyyədə təşkil edəcəyik

Bakı. 24 noyabr. REPORT.AZ/ "Avropa çempionatının yüksək səviyyədə təşkili üçün lazımi işləri görüləcək"

"Report"un məlumatına görə, bunu Baş nazirin I müavini, voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov bildirib. 

Onun sözlərinə görə, Avropa çempionatının Azərbaycan və Gürcüstana həvalə olunması dövlət siyasətinin, ölkədə idmana göstərilən diqqət və qayğının nəticəsidir. 

Baş nazirin müavini ölkədə voleybolun 90 illik tarixindən bəhs edərək dünya şöhrətli idmançıların adlarını sadalayıb, bu sırada 3 qat dünya və 2 qat Avropa çempionu İnna Rıskalı xüsusi vurğulayıb, qadınlardan ibarət "Azərreyl", "Lokomotiv", "Rabitə" və "Azəryol" klublarının, eləcə də Azərbaycan millisinin əldə etdiyi nailiyyətlərdən danışıb.

Y.Eyyubov deyib ki, Azərbaycan artıq bütün dünyada idman ölkəsi kimi tanınır: "Hər il ölkədə nüfuzlu yarışlar keçirilir. 2020-ci ilədək İslam Həmrəyliyi Oyunları, Formula 1 üzrə Azərbaycan Qran Prisi və futbol üzrə Avropa çempionatının oyunları təşkil olunacaq. Voleybol üzrə 2017-ci il Avropa çempionatı isə ilk dəfə Bakıda keçiriləcək. Təşkilat Komitəsinin sədri olaraq, çempionatın yüksək səviyyədə təşkili üçün lazımi işləri görəcəyimizi bəyan edirəm".

Son xəbərlər

Orphus sistemi