Avropa çempionatında iştirak edəcək Azərbaycan gimnastları açıqlandı

Avropa çempionatında iştirak edəcək Azərbaycan gimnastları açıqlandı Türkiyənin Mersin şəhərində keçiriləcək idman gimnastikası üzrə Avropa çempionatı üçün Azərbaycan millisinin heyəti açıqlanıb
Fərdi
12 Noyabr , 2020 15:52
Avropa çempionatında iştirak edəcək Azərbaycan gimnastları açıqlandı

Türkiyənin Mersin şəhərində keçiriləcək idman gimnastikası üzrə Avropa çempionatı üçün Azərbaycan millisinin heyəti açıqlanıb.

"Report" Avropa Gimnastikasının rəsmi saytına istinadən xəbər verir ki, Murad Ağarzayev, Sərvər Əliyev, Cavidan Babayev, Ağamurad Qəhrəmanov, İvan Tixonov böyüklərin, Anar Həsənov, Rəsul Əhmədzadə, Səməd Məmmədli, Mənsum Səfərov, Ramin Dəmirov yeniyetmələrin mübarizəsində çıxış edəcəklər.

Qadınların yarışında Azərbaycan 3 idmançı ilə təmsil olunacaq. Marina Nekrasova və Samirə Qəhrəmanova böyüklər, Milana Minakovskaya isə yeniyetmələr arasında qüvvəsini sınayacaq.

Qeyd edək ki, kişilərin yarışı 9 - 13 dekabrda, qadınların mübarizəsi isə 17 - 20 dekabrda gerçəkləşəcək.

Son xəbərlər

Orphus sistemi