Taekvondoçumuz Avropa çempionatında gümüş medal qazandı - YENİLƏNİB - 1

Taekvondoçumuz Avropa çempionatında gümüş medal qazandı - YENİLƏNİB - 1 Digər iki idmançı yarışı medalsız bitirib
Fərdi
252
10 Aprel , 2021 20:15
Taekvondoçumuz Avropa çempionatında gümüş medal qazandı - YENİLƏNİB - 1

Azərbaycan taekvondoçusu Milad Beigi Hərçəqani Bolqarıstanın paytaxtı Sofiyadakı Avropa çempionatında final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 80 kq çəki dərəcəsində çıxış edən idmançı həlledici raundda Rusiyanı təmsil edən Maksim Hramtsovla üz-üzə gəlib.

Əsas vaxt 12:12 hesabı ilə bitib. Rəqibinə əlavə vaxtda 0:3 hesabı uduzan Hərçəqani gümüş medal qazanıb.

19:00

Azərbaycan taekvondoçusu Milad Beigi Hərçəqani Bolqarıstanın paytaxtı Sofiyadakı Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 80 kq çəki dərəcəsində mübarizə aparan idmançı bu raundda İspaniya təmsilçisi Raul Martineslə üz-üzə gəlib.

Rəqibini məğlub edən Hərçəqani finala yüksəlib.

17:20

Azərbaycan taekvondoçusu Milad Beigi Hərçəqani Bolqarıstanın paytaxtı Sofiyadakı Avropa çempionatında yarımfinala yüksəlib.

"Report"un məlumatına görə, 80 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Oleksandr Filippova (İsrail), növbəti raundda isə Tahir Güleçə (Almaniya) qalib gələrək ən azı bürünc medalı özü üçün təmin edib.

74 kq-da yarışan Ayxan Tağızadə Atman Bouthouyak (Fransa) və Stavro Tsipounisi mübarizədən kənarlaşdırıb. O, 1/4 finalda Daniel Quesadanın (İspaniya) müqavimətini qıra bilməyib.

Qadınlardan Fəridə Əzizova (67 kq) Elin Johanssonu (İsveç) məğub etsə də, Lauren Villiamsa (Böyük Britaniya) uduzub.

Qeyd edək ki, daha əvvəl Minayə Əkbərova (46 kq) bürünc medal qazanıb. Avropa çempionatına aprelin 11-də yekun vurulacaq. Azərbaycanı yarışda 11 taekvondoçu təmsil edir.

Son xəbərlər

Orphus sistemi