Avropa çempionatı: Qadın güləşçilərimiz günü medalsız başa vurdu

Avropa çempionatı: Qadın güləşçilərimiz günü medalsız başa vurdu Onlar bürünc medal şansını əldən verib
Fərdi
23 Aprel , 2021 21:42
Avropa çempionatı: Qadın güləşçilərimiz günü medalsız başa vurdu

Azərbaycanın iki qadın güləşçisi Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 53 kq-da mübarizə aparan Tatyana Varansova moldovalı Yuliya Leorda ilə üz-üzə gəlib. 0:10 hesabı ilə uduzan idmançı medalszı qalıb.

65 kq-da çıxış edən İrina Netreba isə 3-cü yer uğrunda Rumıniya təmsilçisi Krişta İnçeyə 3:4 hesabı ilə məğlub olaraq, bürünc medal şansını əldən verib.

Qeyd edək ki, daha əvvəl qadın güləşçilərdən Mariya Stadnik (50 kq) Avropa çempionu olub. Kişi sərbəst güləşçilərdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) isə bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi