Avropa çempionatı: Azərbaycanın 3 güləşçisi finalda, 2-si bürünc medal üçün yarışacaq

Avropa çempionatı: Azərbaycanın 3 güləşçisi finalda, 2-si bürünc medal üçün yarışacaq Daha əvvəl yunan-Roma güləşçiləri 4 medal qazanıblar
Fərdi
17 Mart , 2023 19:49
Avropa çempionatı: Azərbaycanın 3 güləşçisi finalda, 2-si bürünc medal üçün yarışacaq

Azərbaycanın 3 sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında finala vəsiqə qazanıb.

"Report"un məlumatına görə, 65 kq-da Rəşid Babazadə, 70 kq-da Maqomed-Başir Xaniyev və 97 kq-da İslam İlyasov qızıl medal uğrunda mübarizə aparacaqlar.

Yarımfinalda Babazadə türkiyəli Hamza Zopalıya 11:8, Xaniyev gürcüstanlı Davit Patsinaşvili 7:4, İlyasov isə macarıstanlı Riçard Veqə hesabı ilə qalib gəlib. Onlar finalda, müvafiq olaraq, fransalı Xamzat Arsamerzoyev, ermənistanlı Hayk Papikyan və türkiyəli Oktay Çiftçi ilə qarşılaşacaqlar.

57 kq-da Nurəddin Novruzov və 79 kq-da Səbuhi Əmiraslanov isə yarımfinalda uduzduqlarından bürünc medal qarşılaşmalarına çıxacaqlar. 3-cü yer uğrunda görüşdə Novruzov Rafal Şevç (Polşa) / Edik Harutyunyan (Ermənistan) cütünün qalibi, Əmiraslanov isə digər Ermənistan təmsilçisi Narek Qriqoryanla münasibətlərinə aydınlıq gətirəcək.

16:32

Azərbaycanın bu gün mübarizəyə qoşulan sərbəst güləşçilərinin hamısı Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəliblər.

"Report"un məlumatına görə, 57 kq-da Nurəddin Novruzov, 65 kq-da Rəşid Babazadə, 70 kq-da Maqomed-Başir Xaniyev, 79 kq-da Səbuhi Əmiraslanov, 97 kq-da İslam İlyasov bu raundadək irəliləyə bilib.

Novruzov finala gedən yolda türkiyəli Tolqa Özbeklə, Babazadə onun həmyerlisi Hamza Zopalı ilə, Xaniyev gürcüstanlı Davit Patsinaşvili ilə, Əmiraslanov yunanıstanlı Georgios Kuqiumtsidislə, İlyasov macarıstanlı Riçard Veqlə güləşəcək.

Qadınların yarışında 57 kq-dakı Jalə Əliyeva təsəlliverici qarşılaşmada bolqarıstanlı Nazife Tairə qalib gəlib. Əliyeva bürünc medal görüşündə italiyalı Auroro Russo ilə üz-üzə gələcək.

Bu gün, həmçinin, Birgül Soltanova (65 kq) finalda Amina Kapezanı (Rumıniya) sınağa çəkəcək. Gültəkin Şirinova (53 kq) bürünc medal uğrunda görüşdə Mariana Draqatun (Moldova) - Çadiya Ayaçi (Fransa) duelinin qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçiləri 4 medal qazanıblar. Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) isə gümüş medala sahib çıxıb. Qadın güləşçilərdən isə Elnurə Məmmədova (55 kq) bürünc medala yiyələnib.

Son xəbərlər

Orphus sistemi