Avropa çempionatı: Azərbaycanın 2 boksçusu finala yüksəlib, 3-ü bürünc medal qazanıb

Avropa çempionatı: Azərbaycanın 2 boksçusu finala yüksəlib, 3-ü bürünc medal qazanıb Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında keçirilən Avropa çempionatında Azərbaycanın 2 üzvü finala yüksəlib, 3-ü bürünc medal qazanıb.
Fərdi
18 noyabr 2023 06:31
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu finala yüksəlib, 3-ü bürünc medal qazanıb

Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında keçirilən Avropa çempionatında Azərbaycan yığmasının 2 üzvü finala yüksəlib, 3-ü bürünc medal qazanıb.

“Report” xəbər verir ki, Nicat Hüseynov (51 kq) yarımfinalda türkiyəli Semih Gümüşü 5:0 (28:26, 29:25, 29:25, 28:26, 29:25) hesabı ilə üstələyib.

Avropa çempionu ardıcıl ikinci dəfə qitə birinciliyində finala yüksəlib. N.Hüseynovun uğurunu 57 kq çəkidə Əzrək Bəbirov da təkrarlayıb. O, final yolunda Rafiq Əmirxanovu (Rusiya) məğlub edib – 3:2 (29:28, 28:29, 28:29, 29:28, 29:28).

Yarımfinalda rəqiblərinə uduzan Tural Sarıyev (48 kq), Murad Allahverdiyev (80 kq) və Marjona Savriyeva (50 kq) isə Avropa çempionatının bürünc medalına yiyələniblər.

Qeyd edək ki, final görüşləri bu gün keçiriləcək.

Son xəbərlər

Orphus sistemi