Avropa birinciliyində iştirak edəcək Azərbaycan boksçuları açıqlanıb

Avropa birinciliyində iştirak edəcək Azərbaycan boksçuları açıqlanıb Aprelin 13-də Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa birinciliyi start götürəcək.
Fərdi
8 Aprel , 2022 17:05
Avropa birinciliyində iştirak edəcək Azərbaycan boksçuları açıqlanıb

Aprelin 13-də Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək gənc boksçular arasında Avropa birinciliyində iştirak edəcək Azərbaycan millisinin heyəti bəlli olub.

Federasiyanın Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, 10 gün davam edəcək yarışda yığma tam heyətlə qüvvəsini sınayacaq.

Bakıda və Ərzurumda keçirilən təlim-məşq toplanışlarına əsasən baş məşqçi Elbrus Rzayev qitə birinciliyində Kənan Babayev (48 kq), Amin Məmmədzadə (51 kq), Kamil Babayev (54 kq), Arif Bayramov (57 kq), Aslan Quliyev (60 kq), Zaur Qəhrəmanov (63,5 kq), Səid Abdullayev (67 kq), Daniel Xolostenko (71 kq), Ənvər Babayev (75 kq), Sərxan Budaqov (80 kq), Fətəli İsmayılov (86 kq), Məmməd Quliyev (92 kq) və Səbuhi Əlizadəyə (+92 kq) şans verəcək.

Komanda Sofiyaya aprelin 11-də Türkiyədən yola düşəcək. Yığmaya İdarə Heyətinin üzvü Rövşən Hüseynov rəhbərlik edəcək.

Qeyd edək ki, Bakıdakı hazırlığın ardınca Ərzuruma yollanan milli buradakı məşqləri aprelin 10-da bitirəcək. Türkiyə və Əlcəzair yığmaları ilə birgə toplanışda olan komanda bu gündən bərpaedici məşqlərə start verib.

Son xəbərlər

Orphus sistemi