Atletlər Kəndində qələbəlik - REPORTAJ

Atletlər Kəndində qələbəlik - REPORTAJ Bakı 2015 I Avropa Oyunları, Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışlarda qonaqları qəbul edən Atletlər kəndində yenə qələbəlikdir.
Fərdi
22 İyul , 2019 11:36
Atletlər Kəndində qələbəlik - REPORTAJ
Report/Firi Salim

"Bakı 2015" I Avropa Oyunları, "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışlarda qonaqları qəbul edən Atletlər kəndində yenə qələbəlikdir.

Report"un məlumatına görə, "Bakı 2019" Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) iştirak edən ölkələrin nümayəndə heyətləri bu məkanda məskunlaşıblar.

Avropa Olimpiya Komitələrinin (EOC) Beynəlxalq Olimpiya Komitəsinin (IOC) bayrağı altında keçirdiyi festival iyulun 21-də start götürüb. İyulun 27-dək davam edəcək EYOF-da Azərbaycan da daxil olmaqla, EOC-un 50 üzv ölkəsindən 48-nin idmançıları mübarizə apararırlar. Ermənistan festivalda iştirak etməkdən ötrü müraciət etməyib. Lixtenşteynin Bakıya gəlməli olan yeganə idmançısı zədələndiyi üçün bu ölkənin Milli Olimpiya Komitəsi iştirak ərizəsini geri götürüb. 

Atletlər kəndindəki 13 binadan 6-sı EYOF üçün ayrılıb. Media Mərkəzi, Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) dopinq nəzarət mərkəzi, eləcə də EYOF Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərovun ofisi 9-cu binadadır. O cümlədən, Azərbaycan nümayəndə heyəti bu binada məskunlaşıb. 7-ci binada  qonaqların şikayət və təklifləri üçün mərkəz fəaliyyət göstərir. 

Qonaqların qarşılanması, akkreditasiyaların verilməsi 10-cu binada yerləşir. Burada həmçinin Tibb Məntəqəsi yer alıb.

İstirahət mərkəzi 11-ci binadadır. Onun qarşısında qurulmuş səhnədə hər axşam konsert proqramları olur. 12-ci binada Atletlər Kəndinin Koordinasiya Mərkəzi və idman nəticələri ilə bağlı məlumat mərkəzi var. Yeməkxana isə 13-cü binadadır.

Qeyd edək ki, festivalda 14 - 18 yaşlı atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayırlar. Ümumilikdə 135 dəst medal sahibini tapacaq. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək. Atletlər kəndində məskunlaşan idmançıların sayı 3600 nəfər, qonaqların ümumi sayı 4000 nəfərdən çoxdur.

Foto: Firi Səlim

Son xəbərlər

Orphus sistemi