Bakı. 15 mart. REPORT.AZ/ "Formula-1"in yeni sahiblərinin, "Liverty Media"nın rəhbəri Qreq Maffeyin bəyanatı bizim üçün sürpriz oldu".
"Report" xəbər verir ki, bunu mətbuat konfransında Azərbaycan Qran Prisini promouteri Arif Rəhimov Q.Maffeyin Azərbaycanın "Formula-1" markasını təşviq etməməsiylə bağlı bəyanatını şərh edərkən deyib.
A.Rəhimov "Formula-1" haqqında çox şey bilməyən şəxsdən belə fikir eşitməyin qəribə olduğunu əlavə edib:
"Bildiyimə görə, Maffey bir dəfə Qran Pridə iştirak edib. Bakıdakı yarışı isə həm pilotlar, həm də rəsmi şəxslər uğurlu adlandırmışdı. Buna görə də bu cür bəyanatı anlamaq çətindir".
A.Rəhimov "Formula-1"in yeni rəhbərliyinin Bakıdakı yarışın necə maraqlı keçdiyini gördükdən sonra fikirlərini dəyişəcəklərinə ümid etdiyini vurğulayıb.