Tokio-2020 üçün yenilənmiş təqvim planı hazırlandı

Tokio-2020 üçün yenilənmiş təqvim planı hazırlandı Azərbaycan Milli Paralimpiya Komitəsi Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Paralimpiya Oyunlarına hazırlıqlarını davam etdirir.
Fərdi
535
25 Noyabr , 2020 15:34
Tokio-2020 üçün yenilənmiş təqvim planı hazırlandı

Azərbaycan Milli Paralimpiya Komitəsi (MPK) Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Paralimpiya Oyunlarına hazırlıqlarını davam etdirir.

Qurumun baş katibi Kamal Məmmədov "Report"a açıqlamasında idman növləri üzrə milli komandalar üçün xüsusi yenilənmiş təqvim planının hazırlandığını bildirib. Onun sözlərinə görə, baş məşqçilərə müvafiq tapşırıqlar verilib: "Yenilənmiş təqvim plan idmançıların hazırlıq formalarının yüksək səviyyədə saxlanması və paralimpiadaya fiziki hazırlıqlarının pik nöqtəsində qatılmaqlarına şərait yaradacaq. Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi fəaliyyətimizə daima dəstək göstərir, müvafiq idman federasiyaları ilə birgə işlər aparılır".

Qeyd edək ki, bu günə qədər paralimpiyaçılar 4 idman növü üzrə 9 lisenziya qazanıb və ümumilikdə bu rəqəmin 7 idman növü üzrə (atletika, atıcılıq, üzgüçülük, pauerliftinq, cüdo, para-taekvando, kamandan oxatma) 33-ə çatacağı gözlənilir.

Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci il 23 iyul - 8 avqust, Paralimpiya Oyunlarının isə 24 avqust - 5 sentyabrda keçirilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi