İqtisadiyyat naziri, Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə Azərbaycanın ilk medalını qazanmış Həsrət Cəfərovu təbrik edib.
“Report” xəbər verir ki, bu barədə federasiyanın başçısı
“Bu gün Olimpiya Oyunlarında güləşdə ilk medalımızı qazandıq. Yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) böyük əzmkarlıq göstərərək Paris2024-də bürünc medal əldə etdi. İdmançımızı, onun valideynlərini və məşqçilərimizi təbrik edirik. Digər güləşçilərimizə də bizə qələbə sevinci bəxş etmələrini arzulayırıq”, – o qeyd edib.
Xatırladaq ki, avqustun 8-də Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov qırğızıstanlı rəqibi Amantur İsmayılovu yenərək olimpiadanın üçüncüsü olub.