Yuxarı
    Bağlamaq

    AFFA-nın kollektivi “Bakı Marafonu 2017”də iştirak edəcək

    Federasiya əməkdaşları ardıcıl iki il marafonçular sırasında yer alacaqlar

    Bakı. 27 aprel. REPORT.AZ/ AFFA-nın kollektivi “Bakı Marafonu 2017”də iştirak edəcək.

    Bu barədə “Report”a qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib.

    O, bildirib ki, federasiya əməkdaşları “Bakı Marafonu 2016”da olduğu kimi, yenə marafonçular sırasında yer alacaqlar.

    Qeyd edək ki, aprelin 30-da keçiriləcək “Bakı Marafonu 2017” saat 10:00-da start götürəcək. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ikinci dəfə keçiriləcək marafon Dənizkənarı Bulvar İdarəsi və Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunacaq. Layihənin icrasını isə SMG şirkəti həyata keçirir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi