ADBTİA fəxri diplomla mükafatlandırıldı

ADBTİA fəxri diplomla mükafatlandırıldı Kollektiv 2020-ci ildə keçirilmiş Respublika müsabiqəsinin ən yaxşı nəticələrinə görə fəxri diplomla təltif edilib
Fərdi
21 May , 2021 16:22
ADBTİA fəxri diplomla mükafatlandırıldı

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 2020-ci ildə “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi uğrunda elan edilmiş müsabiqənin qalibi elan olunub.

ADBTİA-nın mətbuat xidmətindən "Report"a bildirilib ki, kollektiv 2020-ci ildə keçirilmiş Respublika müsabiqəsinin ən yaxşı nəticələrinə görə fəxri diplomla təltif edilib.

Tədbirdə Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova, Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyası "Əməyin mühafizəsi" şöbəsinin müdiri Vladimir Arqutkin, ADBTİA-nın prorektoru Rizvan Əliyev və akademiyanın Həmkarlar İttifaqı Komitəsinin sədri Yusif Quliyev və başqaları iştirak ediblər.

Qeyd edək ki, “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə əsasnaməyə uyğun olaraq, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi nəzdindəki bütün təşkilatlar təftiş edilib. ADBTİA kollektiv müqavilədə əməyin mühafizəsi və əmək şəraiti, işəgötürənin vəzifələrini yerinə yetirməsi, əməyin yaxşılaşdırılması və təhlükəsizliyinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, ictimai müvəkkillərin və səlahiyyətli nümayəndələrin apardığı yoxlamalar, əməyin mühafizə xidməti, işçilərin həyatına və sağlamlığına təhlükə törədən işlərin, aradan qaldırılması üçün müəssisənin gördüyü işlər, işçilərin normalara müvafiq sanitar-məişət xidmətləri ilə təmin olunması, COVID-19 pandemiyası ilə əlaqədar görülmüş tədbirlər yüksək səviyyədə təşkil etdiyi üçün mükafatlandırılıb.

Son xəbərlər

Orphus sistemi