Yuxarı
    Bağlamaq

    ABŞ-ın ən yaşlı Olimpiya çempionu vəfat edib

    O, 99 yaşının tamam olmasına 1 ay qalmış evində keçinib

    Bakı. 6 may. REPORT.AZ/ Üzgüçülük üzrə 1936-cı il Olimpiya Oyunlarının qalibi olmuş amerikalı Adolf Kifer 98 yaşında vəfat edib.

    "Report" "Reuters"ə istinadən xəbər verir ki, o, ABŞ-da anadan olmuş ən yaşlı Olimpiya çempionu idi.

    Sabiq idmançı 99 yaşının tamam olmasına 1 ay qalmış İllinoys ştatındakı evində keçinib.

    Qeyd edək ki, Çikaqoda dünyaya gəlmiş A.Kifer Berlində keçirilən Oyunlarda 100 metr məsafəyə arxası üzrə üzməkdə qalib gəlib. O, finalda 1 dəqiqə 5,9 saniyəlik nəticə göstərərək olimpiya rekordçusu olub və bu rekord 20 il davam edib. A.Kifer qızıl medalı 18 yaşında qazanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi