Bakı. 20 avqust. REPORT.AZ/ Bu gün Zərdab rayonunun Gödəkqobu kəndinə ilk dəfə olaraq təbii qaz verilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (
Bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyəti və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Məlumata görə, 298 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 33 263 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 298 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.