Yuxarı

Yunanıstan "Türk axını" layihəsinə dəstək verəcək

Yunanıstan-Bolqarıstan qaz kəmərinin inşası üçün investisiya planının imzalanması ertələnib

Bakı. 13 iyun. REPORT.AZ/ Bu gün Yunanıstan ilə Bolqarıstan qaz sistemlərini birləşdirən qaz xəttinin (Interconnector Greece-Bulgaria - IGB) çəkilməsi üçün investisiya planının imzalanması ertələnib. Bolqarıstan tərəfi buna səbəb kimi layihənin texniki məsələlərinin rəsmi Sofiya tərəfindən həll olunmadığını göstərib.

"Report"un verdiyi xəbərə görə, ertələmə ABŞ Dövlət Departamentinin energetika məsələləri üzrə beynəlxalq əlaqələndiricisi Amos Hoksteynin Bolqarıstana səfərinə təsadüf edib. Qeyd edək ki, amerikalı diplomat bu yaxınlarda yunan məsləkdaşlarını əsəbiləşdirərək qeyd edib ki, "Türk axını" Rusiyanın cənubdan qaz satışı üçün son təklifidir və bu xəttin çəkilməsi Yunanıstan üçün problemlər yarada bilər.

IGB layihəsinin imzalanması isə öz növbəsində Rusiyada keçiriləcək biznes-forumdan sonraya ertələnib və burada imza tarixi müəyyənləşə bilər. Qeyd edək ki, IGB layihəsi Cənub Qaz Dəhlizi və TAP layihələri çərçivəsində Azərbaycan qazının Yunanıstandan keçməklə Avropaya ötürülməsi üçün önəmli rol oynayır.

Yunanıstan hökuməti gələn həftə Sankt-Peterburqda "Türk axını" layihəsinə dəstək olaraq anlaşma memorandumu və siyasi bəyannamə imzalamağı planlaşdırır. Bununla bərabər, Rusiya höküməti "Türk axını"nın keçdiyi bəzi Balkan ölkələrində əlavə maneələr yarana biləcəyini vurğulayıb. Makedoniya və Serbiya planı blok edəcək iki əsas ölkə kimi qeyd olunur. İqtisadçılar hər iki layihənin siyasi oyunlarda alət olduğunu qeyd edirlər. ABŞ "Türk axını" layihəsinə qarşı olduğunu bildirsə də, Avropa İttifaqı hər iki layihə ilə bağlı yekun fikrini bildirməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi