Yevlax və Ağcabədidə qaz xəttini zədələyiblər

Yevlax və Ağcabədidə qaz xəttini zədələyiblər Yevlax rayonunda Aran 2 qəsəbəsində ekskavatorla diametri 57 mm olan qaz xəttini qırıblar.
Energetika
5 Dekabr , 2019 17:39
Yevlax və Ağcabədidə qaz xəttini zədələyiblər

Yevlax rayonunda "Aran 2" qəsəbəsində ekskavatorla diametri 57 mm olan qaz xəttini qırıblar.

Bu barədə “Report” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilir ki, hazırda 60 abonentin qaz təminatında fasilə yaranıb.

Ağcabədi rayonunun Şərəfxanı kəndində 76 mm diametrində orta təzyiqli qaz xəttini avtomobillə vurub yararsız hala salıblar. 193 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Son xəbərlər

Orphus sistemi