Yevgeni Jukov: "CAREC ölkələrinin kritik mineral ehtiyatları qlobal enerji istehsalı üçün imkanlar yaradır"

Yevgeni Jukov: "CAREC ölkələrinin kritik mineral ehtiyatları qlobal enerji istehsalı üçün imkanlar yaradır" Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) regionunda kritik mineralların ehtiyatları qlobal enerji istehsalı üçün imkanlar yaradır.
Energetika
2 May , 2024 16:04
Yevgeni Jukov: CAREC ölkələrinin kritik mineral ehtiyatları qlobal enerji istehsalı üçün imkanlar yaradır

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) regionunda kritik mineralların ehtiyatları qlobal enerji istehsalı üçün imkanlar yaradır.

"Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Asiya İnkişaf Bankının (ADB) Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru Yevgeni Jukov ADB--nin 57-ci illik toplantısı çərçivəsində keçirilən "CAREC regionunda daha ekoloji cəhətdən təmiz əlavə dəyər zəncirlərinin maliyyələşdirilməsi" adlı tədbirdə deyib.

“CAREC regionunda tədarük zəncirinin karbondan təmizlənməsi nə üçün vacibdir, çünki CAREC ölkələri, xüsusilə Qazaxıstan və Çin yüksək CO2 emissiyalarına malikdir. Bunun mənfi nəticələri var. Bununla belə, demək olar ki, bütün ölkələrin kritik mineral ehtiyatları var ki, bu da CAREC regionu üçün qlobal enerji hasilatını şaxələndirməyə dair böyük fürsətdir”, - Y. Jukov bildirib.

Son xəbərlər

Orphus sistemi