"Yerli kadrlara üstünlük ölkədə məşğulluq səviyyəsini artırır" - ŞƏRH

"Yerli kadrlara üstünlük ölkədə məşğulluq səviyyəsini artırır" - ŞƏRH Son illər iqtisadiyyatın strateji əhəmiyyət daşıyan sahələrində yerli kadrların sayının artırılması istiqamətində davamlı iş aparılır. Milli iqtisadiyyatın lokomotivi olan neft sektorunda kadrların milliləşdirilməsi prosesi hökumət üçün prioritetdir.
Energetika
644
9 May , 2020 17:51
Yerli kadrlara üstünlük ölkədə məşğulluq səviyyəsini artırır - ŞƏRH

Son illər iqtisadiyyatın strateji əhəmiyyət daşıyan sahələrində yerli kadrların sayının artırılması istiqamətində davamlı iş aparılır. Milli iqtisadiyyatın lokomotivi olan neft sektorunda kadrların milliləşdirilməsi prosesi hökumət üçün prioritetdir. 

Belə olan halda bu istiqamətdə aparılan işlərin bəhrəsi varmı?

Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Amal Həsənli bununla bağlı bildirib ki, bu gün neft sənayesində ən mürəkkəb texnoloji prosesləri məhz milli kadrlar idarə edir.

Onun sözlərinə görə, daha əvvəl yüksək texnoloji avadanlıq alınırdı, lakin onları işlədəcək kadrların olmaması səbəbindən bu işi xaricilərə həvalə olunurdu: "İndi isə yüksək səviyyədə təşkil edilmiş kadr hazırlığı sistemi nəticəsində neft sənayesində bu cür proseslər yerli kadrlara həvalə olunur. Elə bu həftənin əvvəlində “Ümid” yatağında yeni quyunun qazılmasına start verildi. Həmin yataqdan hasilatın tezləşdirilməsi üçün “Ümid-1” platformasından əlavə 2 quyu da qazılacaq. Burada həyata keçirilən mürəkkəb texnoloji proseslərə isə məhz yerli kadrlar cəlb olunub. Bu tendensiya idarəçilikdə də aydın şəkildə izlənir. Yerli kadrlara üstünlük verilərək onların işlə təmin edilməsi ölkədə məşğulluq səviyyəsini artırır. Digər tərəfdən, xaricilərdən fərqli olaraq yerli kadrlarımızın ixtisaslarının artırılmasına dövlət tərəfindən qoyulan sərmayələr sonradan maddi dəyər formasında milli iqtisadiyyatımıza qayıdır".

O deyib ki, neft strateji sahə olduğundan yerli kadrların bu sektorda üstünlük təşkil etməsi milli maraq məsələsidir.

"İllər əvvəl ölkə Prezidenti İlham Əliyevin “neft kapitalını insan kapitalına çevirək” devizi kadrların milliləşdirilməsi prosesinə çox böyük təkan verdi. Gənc kadrlar müxtəlif dövlət proqramları, o cümlədən SOCAR-ın Xaricdə Təqaüd Proqramı çərçivəsində ölkəmizin hüdudlarından kənarda təhsil alıb vətənə qayıdaraq neft sənayesinin inkişafına tohfə verməyə başladılar. Onlar eyni zamanda təhsil zamanı mənimsədikləri bilik və bacarıqlarını burada paylaşaraq yerli kadrların peşəkar səviyyəsinin yüksəldilməsini və təkmilləşməsini təmin edirlər. Bütün bunlar onu göstərir ki, illərlə neft sənayesində həyata keçirilən kadr siyasəti və insan kapitalına qoyulan sərmayələr bəhrəsini verir", - A.Həsənli diqqətə çatdırıb.

Orphus sistemi