SOCAR əməkdaşları “Yaşıl Asan” təşəbbüs qrupunun könüllülərinə təlim keçiblər

SOCAR əməkdaşları “Yaşıl Asan” təşəbbüs qrupunun könüllülərinə təlim keçiblər Gələcəkdə əməkdaşlığın davam etdirilməsi qərara alınıb
Energetika
27 Dekabr , 2016 14:27
SOCAR əməkdaşları “Yaşıl Asan” təşəbbüs qrupunun könüllülərinə təlim keçiblər

Bakı. 27 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında imzalanmış Əməkdaşlıq Sazişinin icrası ilə əlaqədar “Yaşıl Asan” təşəbbüs qrupunun könüllülərinə 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində təlim keçirilib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, təlimdə Ekologiya İdarəsinin əməkdaşları “Tullantıların idarə olunması” və “Enerji səmərəliliyinin artırılması” mövzularında təqdimatla çıxış ediblər. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən təlimdə könüllülərə SOCAR-ın həyata keçirdiyi ekoloji layihələr haqqında məlumat verilib. “Yaşıl Asan” və digər birgə layihələr barədə fikir mübadiləsi aparılıb, gələcəkdə əməkdaşlığın davam etdirilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi