Yaponiya şirkəti İranın neft yatağına maraq göstərir

Yaponiya şirkəti İranın neft yatağına maraq göstərir NIOC “Azadegan” yatağı ilə bağlı bütün lazımi məlumatları maraqlı tərəflərə təqdim edəcək
Energetika
21 Avqust , 2017 11:39
Yaponiya şirkəti İranın neft yatağına maraq göstərir

Bakı. 21 avqust. REPORT.AZ/ Yaponiyaın “Inpex” şirkəti İranda (İraq sərhədi yaxınlığında) yerləşən “Azadegan” neft yatağının inkişafında maraqlıdır.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bu barədə İran Milli Neft Şirkətinin (NIOC) baş direktoru Əli Kardar bildirib.

Yaponiya şirkətinin rəhbərliyi ilə görüşünü xatırladan Ə.Kardar qeyd edib ki, tezliklə NIOC “Azadegan” yatağı ilə bağlı bütün lazımi məlumatları maraqlı tərəflərə, eyni zamanda “Inpex” şirkətinə çatdıracaq: “Azadegan” böyük yataqdır və İranın xarici şirkətlərin yeni texnologiyalarına ehtiyacı var”.

“Inpex” şirkətinin mətbuat katibi isə bildirib ki, İran tərəfindən təklif gəlib. O əlavə edib ki, tenderin şərtləri nəzərdən keçirildikdən və beynəlxalq konyunktura öyrənildikdən sonra bu layihə ilə bağlı yekun qərar qəbul olunacaq.

Son xəbərlər

Orphus sistemi