Yapon şirkəti: Azərbaycanın ekoloji monitorinqi üçün peyk texnologiyalarının tətbiqi vacibdir

Yapon şirkəti: Azərbaycanın ekoloji monitorinqi üçün peyk texnologiyalarının tətbiqi vacibdir Azərbaycanın ekoloji vəziyyətinin peyk sistemləri vasitəsilə izlənilməsi zəruridir.
Energetika
24 aprel 2025 13:42
Yapon şirkəti: Azərbaycanın ekoloji monitorinqi üçün peyk texnologiyalarının tətbiqi vacibdir

Azərbaycanın ekoloji vəziyyətinin peyk sistemləri vasitəsilə izlənilməsi zəruridir.

Bu barədə “Report”a açıqlamasında Yaponiyanın “Synspective” şirkətinin baş direktoru, Sinqapur vətəndaşı Vinsent Kesler bildirib.

Onun sözlərinə görə, Azərbaycanın geniş su hövzələrinə və zəngin təbii resurslara malik olması ekoloji nəzarətin daha müasir vasitələrlə həyata keçirilməsini tələb edir:

“Azərbaycanın Xəzər dənizindəki su hövzələri neft axtarışları və hasilatı nəticəsində ətraf mühitə təsir altındadır. Peyk məlumatlarından istifadə etməklə bu fəaliyyətlərin təsirlərini daha dəqiq qiymətləndirmək və dənizi qorumaq mümkündür”.

V. Kesler əlavə edib ki, Azərbaycanın ərazisi Sinqapurla müqayisədə xeyli genişdir və bu, ekoloji risklərin - torpaq sürüşməsi, yanğınlar və digər təbii fəlakətlərin - daha geniş miqyasda müşahidəsini zəruri edir:

“Bu cür risklərin izlənilməsi üçün peyk texnologiyaları ən effektiv alətlərdən biridir. Ərazinin ölçüsü və iqlim müxtəlifliyi nəzərə alınarsa, Azərbaycan bu texnologiyaların tətbiqi üçün çox əlverişli ölkədir”.

O həmçinin bildirib ki, rəhbərlik etdiyi “Synspective” şirkəti artıq Hindistan, İndoneziya və Tailandda ekoloji monitorinq üzrə analoji peyk layihələrini uğurla həyata keçirib və bu təcrübəni Azərbaycana da tətbiq etməyə hazırdır.

Son xəbərlər

Orphus sistemi