Yanvarda Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə cüzi azalıb

Energetika
  • 14 fevral, 2024
  • 12:08
Yanvarda Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə cüzi azalıb

Bu ilin yanvar ayında Azərbaycanın magistral qaz kəmərləri ilə 3 milyard 871,3 milyon kubmetr qaz nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ay ilə müqayisədə 7,34 % artım müşahidə olunub.

Hesabat dövrünə qaz nəqlinin 48,5 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Bu kəmərlə 1 milyard 878,7 milyon kubmetr qaz ötürülüb. Bu, 2023-cü ilin yanvar ayı ilə müqayisədə 0,9 % azdır.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti