Bakı. 25 oktyabr. REPORT.AZ/ Azərbaycanda rəsmi səfərdə olan Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev ilə görüşüb.
“Report”un "
SOCAR ilə Xorvatiya, Albaniya, Bosniya və Herseqovina, Monteneqro arasında İon-Adriatik qaz boru kəməri (Ionian-Adriatic Pipeline - IAP) layihəsinin gələcəkdə tikintisi üzrə Anlaşma Memorandumunun imzalandığını xatırladan R.Abdullayev bildirib ki, bu sənəd regionun enerji təhlükəsizliyi və idxalın şaxələndirilməsi baxımından mühüm addımdır.
Xorvatiya Prezidenti ölkəsinin təşəbbüskarı olduğu İon-Adriatik qaz boru kəməri layihəsinin Avropanın, xüsusilə də Balkan ölkələrinin enerji təhlükəsizliyindəki əhəmiyyətini qeyd edib.
K.Qrabar-Kitaroviç Xorvatiyanın Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələrinin tamamlanaraq İon-Adriatik kəmərinin bu şəbəkəyə qoşulmaqla Azərbaycan təbii qazının Balkan ölkələrinə nəqlini səbirsizliklə gözlədiyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.