Xalid əl Falih: OPEC+ razılaşması fevral ayında 90 faiz həcmində yerinə yetirilib

Xalid əl Falih: OPEC+ razılaşması fevral ayında 90 faiz həcmində yerinə yetirilib OPEC və qeyri-OPEC ölkələri yaxın aylarda könüllü şəkildə neft hasilatını azaldacaqlarını bəyan ediblər
Energetika
18 Mart , 2019 17:16
Xalid əl Falih: OPEC+ razılaşması fevral ayında 90 faiz həcmində yerinə yetirilib
Report / Elchin Murad

Cari ilin fevral ayında OPEC+ sazişi 90 faiz həcmində yerinə yetirilib ki, bu da yanvar ayına nisbətən 83 faiz çoxdur.

“Report” xəbər verir ki, bunu Bakıda OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası çərçivəsindəki mətbuat konfransı zamanı Səudiyyə Ərəbistanının enerji, sənaye, təbii sərvətlər naziri Xalid Əbdül Əziz əl-Falih bildirib.

Tədbirdə iştirak edən bütün ölkələrin yaxın aylarda könüllü şəkildə neft hasilatını azaldacaqlarını həm kollektiv halda, həm də ayrı-ayrılıqda Komitəyə bəyan ediblər.

Xatırladaq ki, 10 dekabr 2016-cı il tarixində Vyanada (Avstriya) imzalanmış sazişə əsasən, Azərbaycan gündəlik hasilatı 35 min barel azaltmaq barədə öhdəlik götürmüşdü.

2018-ci il dekabrın 7-də isə OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Vyanadakı V müşavirəsində 2018-ci ilin oktyabr ayına nisbətən gündəlik hasilatın 1,2 mln. barel azaldılması barədə razılıq əldə edilmişdi. Yeni qərara görə, Azərbaycan 2019-cu ilin yanvar ayından etibarən gündəlik hasilatı, təqribən, 20 min barel azaltmaq öhdəliyi götürüb.

OPEC-in mart ayı üzrə hesabatına əsasən, bu il Azərbaycanda gündəlik neft hasilatının orta həcmi 800 min barel səviyyəsində qalacaq.

Son xəbərlər

Orphus sistemi