Xaçmazın daha iki yaşayış məntəqəsinə ilk dəfə qaz verilib

Xaçmazın daha iki yaşayış məntəqəsinə ilk dəfə qaz verilib Bakı. 16 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Xaçmaz rayonunun Vələmir və Pərdiqıran kəndlərinə ilk dəfə təbii qaz verib.
Energetika
16 Mart , 2018 15:13
Xaçmazın daha iki yaşayış məntəqəsinə ilk dəfə qaz verilib

Bakı. 16 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Xaçmaz rayonunun Vələmir və Pərdiqıran kəndlərinə ilk dəfə təbii qaz verib.

“Report”un “Azəriqaz”a istinadən verdiyi xəbərə görə, kəndlərə təbii qazın verilməsi münasibəti ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, yaşayış məntəqələrinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 22 388 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı, eləcə də məhəllədaxili qaz xətləri çəkilib, 180 sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Xaçmaz rayonunun Meşəli, Sahillər, Turist, Dalğalı, Samurçay qəsəbələrində və Qaracik Zeyid, Çaxçaxlı, Seyidlikəndyeri, Aslanoba kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək. 

Son xəbərlər

Orphus sistemi