Xaçmaz, Ucar, Göyçay və Cəlilabadın bəzi kəndlərinə qaz verilib

Xaçmaz, Ucar, Göyçay və Cəlilabadın bəzi kəndlərinə qaz verilib SOCAR Xaçmazın Gödəkli, Ucarın Qaradağlı, Göyçayın Şahsoltanlı və Yekəxana, Cəlilabadın Söyüdlü və Muğan kəndlərinə təbii qaz verib
Energetika
30 İyun , 2015 13:33
Xaçmaz, Ucar, Göyçay və Cəlilabadın bəzi kəndlərinə qaz verilib

Bakı. 30 iyun. REPORT.AZ/ Bu gün Xaçmaz rayonunun Gödəkli, Ucar rayonunun Qaradağlı, Göyçay rayonunun Şahsoltanlı və Yekəxana, Cəlilabad rayonunun Söyüdlü və Muğan kəndlərinə təbii qaz verilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətləri, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Qeyd etmək lazımdır ki, kəndlərə təbii qazın verilməsi məqsədi ilə böyük həcmdə tikinti-quraşdırma işləri aparılıb.

Xaçmaz rayonunun 306 abonenti olan Gödəkli kəndinə qaz verilişinin bərpası üçün birpilləli sistem əsasında uzunluğu 2 600 metr olan polietilen və 17 000 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 306 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Ucar və Göyçayın müvafiq kəndlərinə də təbii qaz verilişi bərpa edilib, bu məqsədlə Ucarın Qaradağlı kəndinə 53 740 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 585 abonentin hər birinə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Göyçay rayonunun 225 abonenti olan Şahsoltanlı kəndinin qazlaşdırılması üçün 1 016 metr polietilen və 10 574 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlər sayğac və fərdi tənzimləyicilərlə təchiz edilib. Rayonun Yekəxana kəndinə qaz verilməsi üçün uzunluğu 380 metr polietilen və 13 882 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 175 sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Cəlilabad rayonunun Muğan və Söyüdlü kəndlərinə isə ilk dəfə təbii qaz verilmişdir. 467 abonenti olan Muğan kəndinin qazlaşdırılması üçün 38 434 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Rayonun Söyüdlü kəndinin 209 abonentinə təbii qazın verilməsi üçün də uzunluğu 17 227 metr olan metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi