WTI markalı neft üzrə fyuçers kontraktlarının sayı tarixi rekord həddə çatıb

WTI markalı neft üzrə fyuçers kontraktlarının sayı tarixi rekord həddə çatıb Uzun mövqedə olan kontraktların saldosunun sayı 414 minə yaxınlaşıb
Energetika
27 Fevral , 2017 16:54
WTI markalı neft üzrə fyuçers kontraktlarının sayı tarixi rekord həddə çatıb

Bakı. 27 fevral. REPORT.AZ/ Hedc fondları və spekulyatorların 15-21 fevral həftəsində WTI markalı neftin fyuçers və opsionlarında uzun mövqelərinin (artması istiqamətində) saldosu 23 299 və ya 6% artaraq 413 637 kontrakta çatıb. 

"Report"un "Forexpf.ru" saytına istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Əmtəə fyuçersləri üzrə Ticarət Komissiyası (CFTC) məlumat verib. Bu da, 2006-cı ilin iyunundan bu günədək Komissiyanın apardığı statistika dövrünün ən yüksək göstəricisidir. 

Qeyd edək ki, uzun mövqenin saldosu məcmu uzun və qısa mövqelərdəki kontraktlar arasındakı fərqi göstərir.

Son xəbərlər

Orphus sistemi