Vüsal Qasımlı: "Qarabağ və Şərqi Zəngəzurun 10 min meqavat günəş, su və külək enerjisi potensialı var"  

Vüsal Qasımlı: "Qarabağ və Şərqi Zəngəzurun 10 min meqavat günəş, su və külək enerjisi potensialı var"   İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun 10 min meqavat üzərində günəş, su və külək enerjisi olmaqla bərpa olunan enerji potensialı var.
Energetika
14 Oktyabr , 2022 13:15
Vüsal Qasımlı: Qarabağ və Şərqi Zəngəzurun 10 min meqavat günəş, su və külək enerjisi potensialı var  

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun 10 min meqavat üzərində günəş, su və külək enerjisi olmaqla bərpa olunan enerji potensialı var.

"Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı dirketoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) dəstəyi ilə hazırladığı “Yaşıl iqtisadiyyat” kitabının təqdimatında bildirib.

"Bu da kifayər qədər böyük bir göstəricidir. Artıq su elektrik stansiyalarının bərpa olunması, ərazidə külək və günəş enerjisi istehsalı ilə məşğul olacaq xarici partnyorların dəvət olunması, BP və Səudiyyə Ərəbistanın "Aqua Power" şirkətinin cəlb edilməsi onu göstərir ki, xüsusən də "yaşıl energetika" sahəsində böyük imkanlarımız var və artıq bu sahədə fəaliyyətlər aparılır", - V. Qasımlı deyib.

O, xatırladıb ki, ölkə başçısı tərəfindən həm Qarabağ, həm də Şərqi Zəngəzur iqtisadi rayonları "yaşıl zona" elan edilib və bu çərçivədə ilk növbədə alternativ enerji mənbələrindən istifadə nəzərdə tutulur.

V.Qasımlı bildirib ki, azad edilmiş ərazilərdə bizim təxminən 3 milyard kubmetr su ehtiyatlarımız var:

"Bu su ehtiyatları Azərbaycanda xüsusən suvarma suyu və əhalinin içməli su ilə təminatında mühüm rol oynayacaq. Bu da "yaşıl iqtisadiyyat"ın əsas hissəsi sayıla bilər. Azad edilmiş ərazilərdə kifayət qədər mineral su ehtiyatları var ki, bu da sağlamlıq turizminin inkişafı baxımından çox əhəmiyyətlidir.

Yaşıl təfəkkür tərzini gətirən məsələlərdən biri də ərazidə "ağıllı" şəhər və kəndlərin salınmasıdır. Bu, həm infrastruktur, həm də instusional baxımdan olan yanaşmadır. Azad edilmiş ərazilərin bərpası və inkişafı ilə bağlı gözlənilən strategiyanın çərçivəsində biz daha geniş miqyaslı işləri həyata keçirəcəyik. Bu işlər artıq aparılır. Prezident İlham Əliyev qarşımıza məqsəd qoyub ki, işğaldan azad edilmiş ərazilər "yaşıl zona"dır. Düşünürəm ki, biz bu məqsədə çatacağıq".

Onun sözlərinə görə, "yaşıl inkişaf" qlobal bir paradiqma olduğundan hazırda tək Azərbaycan dövlət qurumları və yerli sahibkarlar yox, həm də beynəlxalq inkişaf partnyorları, xarici şirkətlər, xarici dövlətlər də Azərbaycanda işğaldan azad edilmiş ərazilərdə yaşıl texnologiyaların tətbiqi, institutların qurulması və yaşıl ərazilərin formalaşması istiqamətində bizimlə əməkdaşlıq edirlər.

Son xəbərlər

Orphus sistemi