​Vitse-spiker Valeh Ələsgərov: “Azərenerji”nin tərkibində komissiya yaradılmalıdır”

​Vitse-spiker Valeh Ələsgərov: “Azərenerji”nin tərkibində komissiya yaradılmalıdır” V.Ələsgərov: "Pulu ver, xərcləyim demək asandır. Nəticə barədə düşünmək lazımdır”
Energetika
19 Noyabr , 2014 16:11
​Vitse-spiker Valeh Ələsgərov: “Azərenerji”nin tərkibində komissiya yaradılmalıdır”

Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycanda dövlət büdcəsindən maliyyələşən qurumlar “artıq pul verin, xərcləyək” psixologiyasından əl çəkməlidir. "Report" xəbər verir ki, bunu deputatların büdcədən müxtəlif sahələrə ayrılan vəsaitlərin artırılması təklifləri ilə razılaşmayan parlamentin vitse-spikeri Valeh Ələsgərov bugünkü plenar iclasda çıxışı zamanı bildirib.

"Müxtəlif sahələrə ayrılan pul artırmalıdır deyənlərlə razı deyiləm. Onsuz da hökumət müxtəlif sahələrə vəsaitləri mütəmadi şəkildə artırır. Bir sual verim: İstər sənaye, istər kənd təsərrüfatı, səhiyyə, təhsil, elm və digər sahələrə ayrılan vəsaitlərin artırılmasının nəticəsi nə olacaq? Pulu ver, xərcləyim demək asandır. Nəticə barədə düşünmək lazımdır” - deyə, V.Ələsgərov bəyan edib.

Vitse-spiker eyni zamanda qeyd edib ki, son illərdə Azərbaycanda xeyli sayda su elektrik stansiyaları tikilib və nəticədə elektirk enerjisi istehsalı artaraq yeni xətlər çəkilib:"Bu da elektrik enerjisi sahəsində itkilərin qarşısını alıb. Amma bəzi kəndlərdə itkilər var. Bunun qarşısını almaq üçün “Azərenerji”nin tərkibində komissiya yaradılmalıdır".

Son xəbərlər

Orphus sistemi