Vitali Bəylərbəyov: ​“Cənub Qaz Dəhlizi” layihəsini dayandırmaq mümkün deyil”

Vitali Bəylərbəyov: ​“Cənub Qaz Dəhlizi” layihəsini dayandırmaq mümkün deyil” "Cənub Qaz Dəhlizi Azərbaycan və Gürcüstana 12 mlrd. dollarlıq investisiya yatırılmasına şərait yaradıb"
Energetika
26 May , 2015 14:53
Vitali Bəylərbəyov: ​“Cənub Qaz Dəhlizi” layihəsini dayandırmaq mümkün deyil”

Bakı. 26 may. REPORT.AZ/ ""Türk Axımı"nın Cənub Qaz Dəhlizini məhv etməsi fikri gülüncdür". “Report” xəbər verir ki, bunu “EurActiv” nəşrinə müsahibəsində Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentinin müavini Vitali Bəylərbəyov deyib.

V. Bəylərbəyovun sözlərinə görə, "Cənub Qaz Dəhlizi" layihəsi son 18 ildə Avropaya qaz daşınması üçün Rusiyadan sonra yeganə alternativ variantdır:

"Qazpromun layihəsindən fərqli olaraq "Cənub Qaz Dəhlizi" layihəsi artıq milyonlarla investisiya gətirib. "Cənub Qaz Dəhlizi" reklama yönəlmiş, bütövlükdə siyasi yox, ciddi kommersiya layihəsidir. Siz bu xəritədə Asiya və Avropa, dünyanın qərb və Oriental adlandırdığımız hissəsindən olan müvafiq şirkətləri görə bilərsiniz. Eləcə də, bu layihədə həmçinin “Şahdəniz-2” layihəsinin səhmdarlarından olan Rusiyanın “LUKoil” şirkəti, İranın NİKO şirkəti, Britaniyanın BP şirkəti, Malayziyanın Petronas şirkəti və Türkiyənin TPAO şirkəti iştirak edir. Avropalı alıcılara gəlincə, onların arasında “Shell”, “Qaz de Frans”, İspaniya təbii qaz, İtaliyanın ENEL və “Hera” şirkətləri üstünlük təşkil edir".

SOCAR rəsmisinin sözlərinə görə, 2020-ci ildə Yunanıstan, Bolqarıstan və İtaliya “Şahdəniz” yatağından hasil olunacaq qazı almağa başlayacaq:

“Layihənin reallaşdırılmasında inam olmasaydı, ona 45 milyard dollarlıq sərmayə yatırılmazdı. “Şahdəniz-2” mərhələsində qaz hasilatı üçün sonuncu tarix kimi 2018-ci il götürülüb. 2018-ci ildə mavi yanacaq Türkiyəyə, Əskişəhərə çatacaq. 2020-ci ilin əvvəlində bizim müştərilərimiz Yunanıstan, Bolqarıstan və İtaliya “Şahdəniz” yatağından hasil olunacaq qazı almağa başlayacaq”.

V. Bəylərbəyov hesab edir ki, Cənub Qaz Dəhlizi Azərbaycan və Gürcüstana 12 mlrd. dollarlıq investisiya yatırılmasına şərait yaradıb:

"Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisində görülməli olan işlərin 30%-i artıq yekunlaşıb. Cənub Qaz Dəhlizi” bütövlükdə siyasi yox, ciddi kommersiya layihəsidir. Bu layihəni saxlamaq mümkün deyil və bizim tərəfdaşlardan heç biri bunu dayandıra bilməz".

Son xəbərlər

Orphus sistemi