Venesuelanın ən iri neft emalı zavodu fəaliyyətini dayandırıb

Venesuelanın ən iri neft emalı zavodu fəaliyyətini dayandırıb Bakı. 24 yanvar. REPORT.AZ/ Venesuelada fəaliyyət göstərən və ölkənin ən iri neft emalı zavodu sayılan Amuay fəaliyyətini dayandırıb. 
Energetika
24 Yanvar , 2018 10:19
Venesuelanın ən iri neft emalı zavodu fəaliyyətini dayandırıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Venesuelada fəaliyyət göstərən və ölkənin ən iri neft emalı zavodu sayılan "Amuay" fəaliyyətini dayandırıb. 

"Report" xəbər verir ki, bu barədə yerli "Universal" qəzeti Venesuela neftçilərinin həmkarlar ittifaqının sədri İvan Freytesə istinadən məlumat yayıb. 

Qeyd edək ki, Venesueladakı iqtisadi böhranla əlaqədar neft hasilatının həcmi uzun müddətdir azalmaqdadır. Belə ki, ötən ilin sonu ilə müqayisədə neft hasilatı 500 000 barel/gün azalaraq 1,7 mln. barel/günə düşüb. Son nəticədə ölkədə ABŞ dollarının məzənnəsi demək olar ki, hər gün artır. İlin əvvəlində 111 000 bolivara bərabər olan Amerika valyutası hazırda 1,2 dəfə baha - 241 000 bolivara satılır. Halbuki ötən ilin əvvəlində məzənnə 3 100 bolivar təşkil edib.

Son xəbərlər

Orphus sistemi