Venesuela Prezidenti: "Neftin qiyməti 100 dollar/barel olmalıdır"

Venesuela Prezidenti: "Neftin qiyməti 100 dollar/barel olmalıdır"
Energetika
22 Noyabr , 2018 11:13
Venesuela Prezidenti: Neftin qiyməti 100 dollar/barel olmalıdır

Bakı. 22 noyabr. REPORT.AZ/ "Neftin qiyməti, təxminən, 100 dollar/barel olmalıdır. Bu, Venesuelanın tələb etdiyi ədalətli qiymətdir".

"Report" EFE-ye istinadən xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro deyib.

O bildirib ki, karbohidrogenlərin aşağı qiymətə satılması Venesuela iqtisadiyyatının inkişafına mənfi təsir göstərir. 

N.Maduro dünya bazarında neftin qiymətinin qaldırılması üçün mübarizə apardığını xatırladıb. Prezidentin sözlərinə görə, onun bu istiqamətdəki fəaliyyəti OPEC-in xeyrinədir və onları qoruyur.

Qeyd edək ki, son vaxtlar Venesuelada neft hasilatının həcmi son 30 ildə ən aşağı səviyyəyə düşüb.