Yohan Vadeful: "Energetika sahəsi Almaniya və Azərbaycan əməkdaşlığının əsas istiqaməti olaraq qalır"

Energetika
  • 18 noyabr, 2026
  • 11:25
Yohan Vadeful: Energetika sahəsi Almaniya və Azərbaycan əməkdaşlığının əsas istiqaməti olaraq qalır

Enerji təchizatı məsələsi Almaniyanın Azərbaycanla əməkdaşlığının əsas istiqamətlərindən biridir.

"Report" xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohan Vadeful azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

"Azərbaycan - bizim enerji iqtisadiyyatımızın əvəzolunmaz dayağıdır və biz bu sahədə uğurlu, etibarlı əməkdaşlığa görə təşəkkür edirik. Hesab edirəm ki, indi biz bu əməkdaşlığı konkret olaraq genişləndirməliyik. Biz bu məsələni müzakirə etdik", - Y.Vadeful bildirib.

O əlavə edib ki, iqtisadi şuranın yaradılması həlledici əhəmiyyət kəsb edir və onu ən qısa müddətdə formalaşdırmaq lazımdır: "Mən həmkarım Katerina Rayxedən (Almaniyanın federal iqtisadiyyat və energetika naziri - red.) xahiş edəcəyəm ki, Azərbaycandakı həmkarı ilə fəal şəkildə qarşılıqlı əlaqə qursun".

44 filmi