​"Ümid" yatağında 4 özül quraşdırılacaq - YENİLƏNİB

​"Ümid" yatağında 4 özül quraşdırılacaq - YENİLƏNİB Bu özüllərdən 19 istismar quyusunun qazılması nəzərdə tutulub
Energetika
3 İyun , 2016 12:51
​Ümid yatağında 4 özül quraşdırılacaq - YENİLƏNİB

İlk xəbər saat 11:31-də verilib

Bakı. 3 iyun. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən "Ümid" yatağının işlənməsi layihəsi çərçivəsində 4 özülün quraşdırılması və bu özüllərdən 19 istismar quyusunun qazılması üzərində iş aparılır. "Report" xəbər verir ki, bunu Bakıda keçirilən Beynəlxalq Xəzər neft-qaz konfransında çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezdenti Xoşbəxt Yusifzadə bildirib. 

"Hazırda "Ümid" yatağında iki quyu işləyir və 1 quyu qazılmaqdadır. Bugünədək "Ümid" yatağından 153 min ton kondensat və 955 mln. kubmetr qaz hasil edilib", - deyə SOCAR rəsmisi qeyd edib.

***

X.Yusifzadə jurnalistlərə bildirib ki, "Ümid" yatağında inşası planlaşdırılan özüllərin 3-4 il ərzində quraşdırılması nəzərdə tutulur. Onun sözlərinə görə, artıq bu il bir özül quraşdırıla bilər.

Son xəbərlər

Orphus sistemi