Yuxarı

"Ümid 2" platformasından ilk quyunun qazılmasına 2020-ci ildə başlanılacaq

"Ümid 2" platformasından ilk quyunun qazılmasına 2020-ci ildə başlanılacaq
© Report/ Firi Salim — SOCAR prezidenti Rövnəq Abdullayev

Bakı. 19 sentyabr. REPORT.AZ/ 2020-ci ildə Xəzərin Azərbaycan sektorunda yerləşən "Ümid" qaz-kondensat yatağında inşa olunması nəzərdə tutulan ikinci platformadan yeni quyunun qazma işlərinə başlanacaq.

"Report" xəbər verir ki, bunu 20 sentyabr - "Neftçilər Günü"nə həsr olunmuş mərasimdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.

"Ümid" yatağının tammiqyaslı işlənməsi çərçivəsində ikinci platformanın inşa edilməsi, 2020-ci ilin sonlarında bu platformadan quyunun qazılması, 2021-ci ildə isə istismara təhvil verilməsi planlaşdırılır",- o qeyd edib.

Xatırladaq ki, "Ümid" yatağı Bakıdan 75 km cənuba, qurudan isə 40 km məsafədə yerləşir. Yataq 2010-cu ildə kəşf edilib. Bu, SOCAR-ın bilavasitə kəşf etdiyi ilk yataq olub. İlkin hesablamalara görə, yatağın ümumi ehtiyatı 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi