"Ukrtransnafta": "Odessa-Brodı Azərbaycandan neft tranziti üçün tam hazırdır"

"Ukrtransnafta": "Odessa-Brodı Azərbaycandan neft tranziti üçün tam hazırdır" Azərbaycan tərəfi ilə intensiv danışıqlar aparılır
Energetika
1 Sentyabr , 2016 14:55
Ukrtransnafta: Odessa-Brodı Azərbaycandan neft tranziti üçün tam hazırdır

Bakı. 1 sentyabr. REPORT.AZ/ "Odessa-Brodı" neft kəməri Azərbaycan neftinin Ukrayna ərazisindən tranziti üçün hazırdır.

"Report" "Unian" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın neft nəqli infrasturkturunun operatoru "Ukrtransnafta" dövlət şirkətindən bildirilib.

"Brodı" stansiyasında neft yükləmə estakadası və "Cənub" limanında neft terminalı Azərbaycandan Ukrayna ərazisi ilə Çexiya, Macarıstan, Slovakiya kimi Mərkəzi Avropa ölkələrinə nəql etməyə başlamaq üçün hazırdır. Azərbaycan neftinin nəqlinə başlamaq üçün müvafiq infrastruktur texniki olaraq hazırdır".

Şirkətdən eyni zamanda qeyd olunub ki, "Brodax"da dəmiryolu estakadası müvafiq texnoloji vəziyyətdədir və nefti boru kəmərindən dəmiryolu sisterninə və əksinə boşaltmağa hazırdır."Hazırda "Ukrtransnafta" Azərbaycan neftinin Ukrayna ərazisi ilə Avropa istehlakçılarına çatdırılması üçün yeni marşrutların təşkili ilə bağlı Azərbaycan tərəfi və digər maraqlı tərəflərlə intensiv danışıqlar aparır" -, deyə şirkətdən bildirilib.

Məlumata görə, "Ukrtransnafta" bu ilin yanvar-iyun ayları ərzində neft nəqlini 17% azaldaraq 7,2 mln. tona endirib.

Stabillik və neft nəqlinin artırılması üçün Ukrayna Prezidenti Pyotr Poroşenko və Energetika Nazirliyi Azərbaycan və İran tərəfi ilə danışıqlar aparıb.

Bu il iyulun 14-də Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna dövlət başçısı Pyotr Poroşenko Bakıda Odessa-Brodı neft boru kəməri layihəsinin bərpa edilməsi imkanlarını müzakirə ediblər. "Odessa-Brodı layihəsini müzakirə etdik və layihənin bərpa edilməsinə dair göstəriş verdik", - deyə Prezident İlham Əliyev söyləyib.

Azərbaycan Prezidenti bu layihənin bərpasının yaxşı imkanlar yaratdığını bildirib.

"Odessa-Brodı" neft kəmərinin illik ötürücülük gücü 14,5 mln. ton təşkil edir.

Son xəbərlər

Orphus sistemi