“Ukrtransnafta” növbəti partiya Azərbaycan neftini satışa çıxarır

“Ukrtransnafta” növbəti partiya Azərbaycan neftini satışa çıxarır Bakı. 8 avqust. REPORT.AZ/ “Ukrtransnafta” avqustun 9-da növbəti dəfə “Cənub” dəniz neft terminalının rezervuarlarından 15 min ton həcmində “Azeri Light” markalı nefti satışa çıxaracaq.
Energetika
8 Avqust , 2018 14:45
“Ukrtransnafta” növbəti partiya Azərbaycan neftini satışa çıxarır

Bakı. 8 avqust. REPORT.AZ/ “Ukrtransnafta” avqustun 9-da növbəti dəfə “Cənub” dəniz neft terminalının rezervuarlarından 15 min ton həcmində “Azeri Light” markalı nefti satışa çıxaracaq.

“Report” “Enkorr” saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna Enerji Birjasının bülletenində qeyd olunub.

Dəniz terminalının rezervuarlarında daha 50 min ton “Azeri Light” markalı neft saxlanılır.

Qeyd edək ki, “Ukrtransnafta” şirkəti Ukraynada neft nəqliyyat sisteminin operatorudur. “Ukrtransnafta” “Cənub” terminalından 50 min ton “Azeri Light” markalı neft satıb.

Son xəbərlər

Orphus sistemi